Rusiya Ukraynaya raket zərbələri endirib, ölənlər var

Dünya

17.11.2022 - 12:04

Həkimlər Klinikalar SEO Xidməti

Üç raketin mülki obyektə düşdüyü bildirilir

Rusiya hərbçilərinin Ukraynanın Zaporojye vilayətinin Volnyansk rayonunun yaşayış məntəqələrindən birinə raket zərbəsi endirməsi nəticəsində mülki obyektlər dağılıb, ölənlər var. 

AYNA “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Aleksandr Starux bildirib. 

Onun sözlərinə görə, üç raket mülki obyektə düşüb: “İkimərtəbəli yaşayış binası dağılıb. Dağıntılar altında insanlar qalıb. Onlardan ikisi ölüb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş