Rusiya Ukraynaya əsirlərin dəyişdirilməsini təklif edib

Dünya

28.11.2024 - 10:58

Həkimlər Klinikalar SEO Xidməti

“Mübadilədə hansı Rusiya hərbçisinin yer alacağına qərar verməyi biz Ukraynanın öhdəsinə buraxırıq”

Rusiya Ukraynaya müharibə başlayandan bəri ən böyük əsir mübadiləsini həyata keçirməyi təklif edib - "630-dan 630-a" düsturuna əsasən. AYNA xəbər verir ki, bu barədə bir sıra Ukrayna nəşrləri yazıblar.

Bu təklifi Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında səsləndirib. “Diqqətinizi cəlb etmək istərdim: mübadilədə hansı Rusiya hərbçisinin yer alacağına qərar verməyi biz Ukraynanın öhdəsinə buraxırıq”.

Ukrayna hakimiyyəti hələ ki, Zaxarovanın sözlərini şərh etməyib.

Öz növbəsində, kremlpərəst “Redovka” nəşri iddia edir ki, artıq Ukrayna tərəfi ilə mübadilə haqqında razılaşma var.

Zaxarovanın səsləndirdiyi təklif çərşənbə günü bir sıra müharibə tərəfdarı olan Ukrayna “Telegram” kanallarının yaydığı məlumatla üst-üstə düşüb: Ukrayna Xüsusi Əməliyyat Qüvvələri Kursk vilayətində Rusiya Silahlı Qüvvələrinin elit briqadasından bir neçə onlarla rus dəniz piyadasını əsir götürüb. İnternetdə özlərini 810-cu dəniz piyada briqadasının üzvləri kimi təqdim edən bəzi əsirlərin videosu yayılıb. Rusiya Müdafiə Nazirliyi bununla bağlı şərh verməyib.

Müəllif: Ayna.az