Rusiya Ukraynaya 1000 hərbçinin cəsədini təhvil verib

Dünya

26.02.2026 - 15:55

“Həlak olan 35 Rusiya hərbçisinin cəsədi Rusiyaya təhvil verilib"

Rusiya Ukraynaya həlak olan 1000 Ukrayna hərbçisinin cəsədini təhvil verib. Bunun müqabilində 35 rus hərbçinin cəsədi alınıb. AYNA.AZ xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski özünün “Telegram” kanalında yazıb.

"Həlak olan 1000 Ukrayna hərbçisinin cəsədi Ukraynaya təhvil verilib. Həlak olan 35 Rusiya hərbçisinin cəsədi Rusiyaya təhvil verilib", - Medinski qeyd edib.

Qeyd edək ki, əvvəlki cəsəd mübadiləsi yanvarın 29-da baş tutub. O vaxt Medinski bildirib ki, İstanbul razılaşmalarının bir hissəsi olaraq Ukrayna tərəfi 1000 Ukrayna hərbçisinin cəsədini, Rusiya isə 38 hərbçinin cəsədini alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş