Rusiya Ukrayna ərazilərinə PUA-larla hücum edib

Dünya

21.09.2025 - 23:51

Ölkənin şimalında, şərqində və mərkəzində 33 PUA vurulub

Sentyabrın 21-nə keçən gecə Rusiya qüvvələri 54 “Şahed”, “Gerbera” və digər növ hücum PUA-ları ilə Ukrayna ərazilərinə hücum edib. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri “Telegram”da məlumat yayıb.

Bildirilib ki, hücumlar Rusiyanın Kursk, Millerovo, Bryansk və Primorsko-Axtarsk şəhərlərindən həyata keçirilib.

Hava hücumu Ukrayna Müdafiə Qüvvələrinin təyyarələri, zenit-raket qüvvələri, elektron döyüş bölmələri, pilotsuz uçuş sistemləri və mobil atəş qrupları tərəfindən dəf edilib.

İlkin məlumatlara görə, ölkənin şimalında, şərqində və mərkəzində 33 PUA vurulub.

Səkkiz yerdə 21 hücum PUA-sının vurulması qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş