Rusiya Prezidenti G20 sammitində çıxış edəcək

Dünya

20.11.2023 - 16:19

Peskov: “Rusiyanın mövqeyi təqdim olunacaq”

Rusiya Prezidenti Vladimir Putin noyabrın 22-də keçiriləcək G20 onlayn sammitində çıxış edəcək. AYNA xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bəli, sammitdə Prezidentin çıxışı planlaşdırılır", - Peskov müvafiq suala belə cavab verib.

Bpeskov çıxışın konkret mövzularını açıqlamayıb və əlavə edib ki, dünyada vəziyyət çox təlatümlüdür: "Əlbəttə, Rusiyanın mövqeyi təqdim olunacaq, bu, kifayət qədər məlumdur, ardıcıl və balanslıdır".

Peskov daha əvvəl bildirmişdi ki, Rusiyanın G20 virtual sammitində iştirakına hazırlıq gedir.

Müəllif: Ayna.az