Rusiya ordusu Donetski atəşə tutub, ölən və yaralananlar var

Dünya

23.10.2022 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Polislər həlak olmuş 4 mülki şəxsin meyitini tapıblar

Rusiya ordusu ötən sutka ərzində Donetsk vilayətində bir neçə yaşayış məntəqəsini atəşə tutub.

AYNA "RBC-Ukraina"ya istinadən xəbər verir ki, hücum nəticəsində 2 mülki şəxs həlak olub, 9 nəfər yaralanıb. Belə ki, bir mülki vətəndaş Kleşçievkada, digəri isə Torskoyda həlak olub.

Bundan əlavə, hüquq-mühafizə orqanlarının əməkdaşları həlak olmuş 4 mülki şəxsin meyitini tapıblar.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda əsas qaynar nöqtələrin Soledar və Baxmut olduğunu bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş