Rusiya Odessa və Nikolayevə raket zərbəsi endirdi: ölən və yaralananların sayı artıb - FOTO

Dünya

20.07.2023 - 14:13

Raket hücumu zamanı Rusiya demək olar ki, bütün raket potensialından istifadə edib

Odessaya Rusiyanın bu gecə vurduğu raket zərbəsi nəticəsində ölənlərin sayı artıb. Qurbanların arasında xilasedicilər də var.

AYNA xəbər verir ki, Odessa Vilayət Hərbi Administrasiyasının məlumatına görə, şəhərdə gecə hücumu nəticəsində 3-ü Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşı olmaqla 8 nəfər yaralanıb.

"Zərərçəkənlərdən üçü şəhər xəstəxanalarına yerləşdirilib. Hər üçünün vəziyyəti orta ağırdır. Onların arasında xilasedici də var. İnsanlarda qəlpə yaraları və tüstüdən zəhərlənmələr var", - məlumatda deyilir.

“Cənub" Əməliyyat Komandanlığının məlumatına görə, gecə Nikolaev və Odessa vilayətlərində Rusiya öz raket potensialının demək olar ki, bütün çeşidindən istifadə edib.

"Hava Hücumundan Müdafiə Qoşunları mümkün qədər güclü işləyib və Odessa vilayətinə atılan 12 "Şahid" və iki "Kalibr"in hamısı, Nikolayev vilayətinə atılan 3 "İskəndər-K" məhv edilib. Təəssüf ki, bütün raketlər, xüsusən də məhv edilməsi son dərəcə çətin olan “Kh-22” və “Oniks” tipli raketlər məhv edilə bilməyib", - məlumatda vurğulanıb.

Qeyd olunub ki, xüsusən də Rusiya Böyük Odessa limanlarına hücum edib, liman infrastrukturu zədələnib. Bununla yanaşı, Rusiya ordusu nə hərbçilərə, nə də limanlara heç bir aidiyyəti olmayan obyektləri vurub.

"Onlar Odessanın mərkəzində daha bir neçə evi, yaşayış binasını hədəf alıblar. Odessa vilayətində yerləşən müəssisələrdən birinin anbarında yanğın baş verib, nəticədə bir mülki işçi yaralanıb", - məlumatda qeyd edilib.

Nikolayevdə 5-i uşaq olmaqla 19 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün gecə saatlarında Rusiya ordusu Odessa və Nikolayev vilayətlərinə güclü zərbə endirib. Nikolayevdə raket zərbəsi nəticəsində üçmərtəbəli binanın yuxarı iki mərtəbəsi dağılıb, irimiqyaslı yanğın baş verib, ətrafdakı bir neçə binaya ziyan dəyib.

Odessada liman infrastrukturu obyektləri, yaşayış binaları, Odessa vilayətində isə özəl müəssisənin anbarları zədələnib və dağılıb. Odessada biri yeniyetmə olmaqla 4 nəfər yaralanıb. Dağıntılar altında daha bir nəfərin meyiti tapılıb.

Rusiya Odessa və Nikolayevə raket zərbəsi endirdi: ölən və yaralananların sayı artıb - Rusiya Odessa və Nikolayevə raket zərbəsi endirdi: ölən və yaralananların sayı artıb - Rusiya Odessa və Nikolayevə raket zərbəsi endirdi: ölən və yaralananların sayı artıb - Rusiya Odessa və Nikolayevə raket zərbəsi endirdi: ölən və yaralananların sayı artıb - Rusiya Odessa və Nikolayevə raket zərbəsi endirdi: ölən və yaralananların sayı artıb - Rusiya Odessa və Nikolayevə raket zərbəsi endirdi: ölən və yaralananların sayı artıb - Rusiya Odessa və Nikolayevə raket zərbəsi endirdi: ölən və yaralananların sayı artıb -
Müəllif: Turan Abdulla