Rusiya nüvə qüvvələrini hazırlıq vəziyyətinə gətirdi

Dünya

28.02.2022 - 16:31

Həkimlər Klinikalar SEO Xidməti

Sergey Şoyqu Vladimir Putinə xüsusi döyüş növbətçiliyi rejiminə keçildiyini məruzə edib

Rusiya çəkindirmə qüvvələrini xüsusi döyüş növbətçiliyi rejiminə keçirib. AYNA xəbər verir ki, bu barədə "RİA Novosti”də məlumat yerləşdirilib. 

Qeyd edilib ki, müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə xüsusi döyüş növbətçiliyi rejiminə keçildiyini məruzə edib.

"Rusiyanın nüvə qüvvələri də daxil olmaqla, strateji təyinatlı raket qüvvələri, Şimal və Sakit Okean donanmaları, uzaq məsafə aviasiyası xüsusi döyüş növbətçiliyi rejiminə keçib", - deyə xəbərdə deyilir. 

Qeyd edək ki, dünən Putin müdafiə naziri və Baş Qərargah rəisini qəbul edərək, onlara xüsusi döyüş növbətçiliyi rejiminə keçid əmri verib. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş