Rusiya Müdafiə Nazirliyindən Kiyev sakinlərinə XƏBƏRDARLIQ

Dünya

05.05.2026 - 14:32

Nazirlik Ukrayna paytaxtının sakinlərinə şəhəri dərhal tərk etmələri barədə xəbərdarlıq edib

Rusiya Müdafiə Nazirliyi Kiyev sakinlərinə cavab hücumu baş verəcəyi təqdirdə şəhəri dərhal tərk etmələri barədə xəbərdarlıq edib.

AYNA.AZ xəbər verir ki, nazirlik “Max messenger” tətbiqində verdiyi açıqlamada bildirib: "Kiyevin mülki əhalisini və xarici diplomatik nümayəndəliklərin əməkdaşlarını şəhəri dərhal tərk etmələri barədə xəbərdar edirik".

Qeyd olunub ki, Ukrayna Silahlı Qüvvələri Qələbə Günü şənliklərini pozmağa cəhd edərsə, Rusiya qoşunları Kiyevin mərkəzinə cavab zərbəsi endirəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş