Rusiya Kiyev SES-ə raket zərbələri endirib

Dünya

26.08.2024 - 16:57

Həkimlər Klinikalar SEO Xidməti

Yalnız SES-in özü zədələnib, bənddə heç bir çuxur və qırılma olmayıb

Rusiyanın Ukraynadakı mülki infrastruktura raket hücumu nəticəsində Kiyev Su Elektrik Stansiyası (SES) zədələnib. AYNA UNİAN-a istinadən xəbər verir ki, bəndin yoluna və stansiyanın turbin otağına ziyan dəyib.

Qeyd olunub ki, yalnız SES-in özü zədələnib, bənddə heç bir çuxur və qırılma olmayıb.

Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko öz “Telegram” kanalında bildirib ki, Kiyev SES-in bəndini raketlərlə dağıtmaq mümkün deyil.

“Kiyev Su Elektrik Stansiyasının bəndinə heç bir təhlükə yoxdur. Onu raketlərlə məhv etmək olmaz. Xersondakı vəziyyətlə müqayisə yersizdir - orada içəridən partlayış olub. Ruslar bu mövzudan çaxnaşma yaratmaq üçün istifadə edirlər”, - deyə o yazıb.

Avqustun 26-da səhər saatlarında Rusiya Ukraynaya növbəti dəfə irimiqyaslı raket hücumu həyata keçirərək, yenidən mülki infrastrukturu, enerji obyektlərini və yaşayış binalarını hədəfə alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş