Rusiya İsrailin Dəməşq Hava Limanına hücumunu pisləyib

Dünya

23.06.2022 - 16:57

Lavrov hava limanına zərbəni "ciddi insident" adlandırıb

"İsrailin Dəməşq Beynəlxalq Hava Limanına endirdiyi zərbə Suriyaya humanitar yüklərin çatdırılması imkanlarını məhdudlaşdıran ciddi insidentdir". AYNA Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Biz İsrailə müvafiq müraciət etmişik. BMT Təhlükəsizlik Şurasında bütün ölkələrin 2254 saylı qətnaməyə əməl etməsinin zəruriliyi məsələsini qaldırmışıq və biz İsrail və hansısa formada münaqişəyə cəlb olunmuş digər ölkələrlə təmaslarda bu mövqeyi müdafiə etməyə davam edəcəyik", - Lavrov vurğulayıb.

Müəllif: Ayna.az