Rusiya Hindistan, Braziliya və Afrika ölkələrinin BMT TŞ-yə üzv olmasını dəstəkləyəcək

Dünya

25.09.2024 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

“İnkişaf etməkdə olan ölkələr BMT Təhlükəsizlik Şurasında kifayət qədər təmsil olunmur”

Rusiya Hindistan, Braziliya və Afrika ölkələrindən birinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyini dəstəkləyəcək. AYNA xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“İnkişaf etməkdə olan ölkələr BMT Təhlükəsizlik Şurasında kifayət qədər təmsil olunmur. Ona görə də biz həmişə dediyimiz kimi, Hindistan və Braziliyanın Təhlükəsizlik Şurasına üzv olmaq marağına və qanuni istəyinə dəstək veririk”, - Lavrov bildirib.

Nazir əlavə edib ki, Afrikanın da maraqları nəzərə alınmalıdır. Lavrovun sözlərinə görə, Rusiyanın mövqeyi BMT Təhlükəsizlik Şurasında Asiya, Afrika və Latın Amerikası üçün yerlərin təmin edilməsindən ibarətdir.

Nazir həmçinin bildirilib ki, Moskva Almaniya və Yaponiyanı BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi dəstəkləməyəcək.

Bundan əvvəl Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirmişdi ki, Rusiyanın SSRİ-nin hüquqi varisi kimi BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi mandat almalı olub-olmaması məsələsi mübahisəlidir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş