İşlərin əksəriyyəti Xocalı rayonunun Ballıca kəndi və ətraf ərazilərdə aparılır
Rusiyanın Fövqəladə Hallar Nazirliyi (FHN) Qarabağda tapılan döyüş sursatlarının sayı barədə məlumat verib. AYNA rus mediasına istinadən bildirir ki, FHN-nin istehkamçıları Qarabağda 10 mindən çox hərbi sursat aşkar ediblər.
İşlərin əksəriyyəti Xocalı rayonunun Ballıca kəndi və ətraf ərazilərdə aparılır: “İşlər davam etdirilir. Bu günə qədər 53 hektar sahəsi olan ərazi yoxlanılıb və 10 mindən çox partlayıcı obyekt aşkar olunub”.
Aşkar edilmiş hərbi sursat zərərsizləşdirilmək üçün Humanitar Minalardan Təmizləmə Mərkəzinə göndərilib.
"Bunların arasında 30-152 millimetrlik 4700-dən çox mərmi, 416 müxtəlif mina, top mərmilərinin 378 partlayıcısı, "Qrad" raketlərinin 260-dan çox fraqmenti, həmçinin 3200-dən çox patron, 540 əl qumbarası və beş tank əleyhinə idarə olunan "Malyutka" və "Faqot" raketləri”, - deyə məlumatda qeyd olunub.