Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edəcək

Dünya

15.05.2021 - 07:53

Həkimlər Klinikalar SEO Xidməti

Moskvadan Reykyavik və Valettaya həftədə 2 dəfə, Kankun, Lissabon və Ciddəyə 3 dəfə reyslər olacaq

 

Rusiya daha 5 ölkə ilə uçuşları bərpa edir. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə koronavirusla mübarizə üzrə operativ qərargahdan bildirilib. Mayın 25-dən etibarən aviaəlaqələrin bərpa olunacağı ölkələr İslandiya, Malta, Meksika, Portuqaliya və Səudiyyə Ərəbistanıdır.

 

Moskvadan Reykyavik və Valettaya həftədə 2 dəfə, Kankun, Lissabon və Ciddəyə 3 dəfə reyslər olacaq. Ciddədən Qroznı və Mahaçqalaya isə həftədə 1 dəfə uçuşlar olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş