Rusiya Federasiyası ərazilərini tərk etmələri üçün diplomatlara 24 saat vaxt verilib
20 diplomatının Rusiyadan qovulmasından sonra Çexiyanın Moskvadakı səfirliyində işləmək üçün yalnız beş nəfər qalacaq. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Çexiya Prezident Administrasiyasının beynəlxalq şöbəsinin müdiri Rudolf Jindrak deyib.
Onun sözlərinə görə, səfirliyin siyasi şöbəsinin bütün bütün əməkdaşları Rusiya Federasiyasından qovulub.
"Rusiya Federasiyası ərazilərini tərk etmələri üçün onlara 24 saat vaxt verildi. Rusiyalı diplomatlara isə Çexiyadan çıxmaq üçün 48 saat vaxt verildi", - deyə Jindrak vurğulayıb.
Qeyd edək ki, Moskva Çexiya səfirliyinin 20 işçisini persona non-qrata elan edib. Diplomatlar bu günün sonuna qədər ölkəni tərk etməlidirlər.
Dünən Çexiyanın Moskvadakı səfiri Vitezslav Pivonka Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb. Rusiyalı diplomatların Çexiyadan qovulmasına qarşı üçün cavab tədbirlərini səfirin diqqətinə çatdırılıb.
Qeyd edək ki, Çexiya 17 aprel tarixində 18 rus diplomatın ölkədən çıxarılacağını açıqlayıb. Praqa 2014-cü ildə Vrbetitsadakı partlayışlarda iştirak edənlərin Rusiya xüsusi xidmət orqanlarında çalışmaqda şübhəli bilir.