Rusiya bölgələri üzərində bir gecədə üç PUA məhv edilib

Dünya

15.10.2024 - 15:26

Həkimlər Klinikalar SEO Xidməti

Belqorod vilayətində PUA ilə yük maşınına hücum nəticəsində sürücü yaralanıb

Rusiya hava hücumundan müdafiə sistemləri bir gecədə Rusiya bölgələri üzərində uçan Ukraynaya məxsus üç PUA-nı məhv edib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, söhbət Belqorod, Kursk və Tula vilayətlərindən gedir.

Daha əvvəl Belqorod vilayətində PUA ilə yük maşınına hücum nəticəsində sürücü yaralanıb. Daha sonra Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin yeni hücumu nəticəsində Belqorod vilayətində daha bir mülki şəxs yaralanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş