Hərbi Dəniz Qüvvələri “Okean-2024” strateji komanda-qərargah təliminə başlayıb
Rusiya Hərbi Dəniz Qüvvələri sentyabrın 16-dək davam edəcək “Okean-2024” strateji komanda-qərargah təliminə (SCSHU) başlayıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Sakit və Şimal Buzlu okeanların, Aralıq dənizi, Xəzər və Baltik dənizlərinin sularında keçiriləcək təlimlərə 400-dən çox hərbi gəmi, sualtı qayıqlar və yardımçı donanma yardımçı gəmiləri, 120-dən çox hərbi dəniz aviasiyasının təyyarə və helikopteri cəlb olunacaq. Hərbi Dəniz Qüvvələri və Aerokosmik Qüvvələrinin təlimdə təxminən 7 min ədəd silahı, hərbi və xüsusi texnikası, 90 mindən çox şəxsi heyəti var”, - məlumatda qeyd olunub.