Hər üç ölkənin konsulluq işçiləri Rusiya XİN-nə çağırılıb və onlara nota verilib
Rusiya hökuməti Baltikyanı ölkələrin - Latviya, Litva və Estonyanın konsulluqlarının bütün işçilərini "persona non-qrata" elan edib. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.
Məlumata görə, Latviyanın Sankt-Peterburq və Pskovdakı, Estoniya və Litvanın isə Sankt-Peterburqda yerləşən Baş Konsulluqları bağlanıb.
Bundan əvvəl hər üç ölkənin konsulluq işçiləri Rusiya XİN-nə çağırılıb və onlara nota verilib.