Rusiya Avropanın 12 ölkəsinə qaz nəqlini dayandırıb

Dünya

31.07.2022 - 17:28

Ursula fon der Leyen: “Aİ indi daha ​​etibarlı enerji tərəfdaşlarına üz tutur”

“Rusiya Avropa İttifaqının (Aİ) 12 ölkəsinə qaz tədarükünü məqsədli şəkildə azaldıb və ya tamamilə dayandırıb”. AYNA xarici mediayam istinadən bildirir ki, bu barədə Aİ Komissiyasının prezidenti Ursula fon der Leyen deyib.

Onun sözlərinə görə, indi Avropa Rusiyadan qaz nəqlinin tamamilə dayandırılmasına hazırlaşmalıdır: “Aİ indi daha ​​etibarlı enerji tərəfdaşlarına üz tutur. Artıq ABŞ-dan rekord həcmdə mayeləşdirilmiş təbii qaz tədarükümüz var. Biz Norveçdən, Fars körfəzi ölkələrindən, Əlcəzairdən və ya Xəzər dənizi regionundan getdikcə daha çox qaz alırıq”.

Qeyd edək ki, iyulun 30-da Rusiyanın “Qazprom” şirkəti Latviyaya qaz nəqlini dayandırıb. Şirkət daha əvvəl “Şimal axını” boru kəməri ilə tədarükləri 20 faizə qədər azaldıb.

Müəllif: Ayna.az