Rusiya Almaniyada ABŞ raketlərinin yerləşdirilməsinə hərbi cavab vəd edib

Dünya

11.07.2024 - 16:15

Həkimlər Klinikalar SEO Xidməti

Sergey Ryabkov: “ABŞ bu yolla Rusiyanın təhlükəsizliyinə xələl gətirməyə çalışır”

Rusiya ABŞ-ın Almaniyada uzaqmənzilli raketlər yerləşdirmək planları ilə bağlı tədbir görəcək. AYNA rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

"Əsəblər olmadan, emosiyalar olmadan, ilk növbədə, yeni təhlükəyə hərbi cavab hazırlayacağıq", deyə Ryabkov vurğulayıb.

Nazir müavininin sözlərinə görə, ABŞ bu yolla Rusiyanın “təhlükəsizliyinə xələl gətirməyə” çalışır: “Bu, sadəcə olaraq, eskalasiya kursunun həlqəsidir, hədə-qorxu elementlərindən biridir və bu gün NATO və ABŞ-ın Rusiya istiqamətində demək olar ki, əsas komponentidir”.

Qeyd edək ki, Amerikanın uzaqmənzilli bölmələrinin 2026-cı ildə Almaniyada peyda olacağı faktı iyulun 10-da iki ölkənin birgə bəyanatından məlum olub. Qeyd olunub ki, bu tədbirlər Avropanın çəkindirmə sisteminin gücləndirilməsinə yönəlib. Tam yerləşdirildikdən sonra bölmələr 2500 kilometrə qədər məsafədəki hədəfləri məhv etməyə qadir olan “Tomahawk” raketləri, SM-6 raketləri və hazırda Avropada xidmətdə olan silahlardan xeyli uzun məsafəyə malik yeni hipersəs silahları ilə təchiz ediləcək.

Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın Almaniyada uzunmənzilli raketlərini rotasiya əsasında yerləşdirəcəyini bildirib. Onun sözlərinə görə, Vaşinqton gələcəkdə Berlinin özünün belə silahların hazırlanması və alınmasına sərmayə qoyacağını gözləyir. Pistorius həmçinin etiraf edib ki, hazırda Avropada uzun mənzilli sistemlərin ciddi çatışmazlığı var, ona görə də Amerikanın yerləşdirilməsi Qərb ölkələrinə bu tip öz imkanlarını inkişaf etdirmək üçün “məhz onlara lazım olan vaxtı” verəcək.

ABŞ 1990-cı illərin sonunda Almaniyadan bütün uzaqmənzilli silahlarını geri çəkib. Lakin Ukraynada müharibə başlayandan sonra Berlin onu geri qaytarmaq qərarına gəlib. “Spiegel” mənbələri buna səbəb kimi Rusiyadan artan təhlükə olduğunu qeyd edib. Xüsusilə, Moskva Kalininqrad vilayətində xeyli sayda belə raketlər yerləşdirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş