Rusiya ABŞ diplomatlarını ölkədən çıxarır

Dünya

24.03.2022 - 00:10

Səfirə Rusiyadan çıxarılacaq ABŞ diplomatlarının siyahısı təqdim edilib

ABŞ səfirliyinin yüksək rütbəli diplomatı Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, ona Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin əməkdaşlarının ölkədən çıxarılmasına cavab olaraq Rusiyadan çıxarılacaq ABŞ diplomatlarının siyahısı təqdim edilib.

Qeyd edilib ki, ABŞ tərəfinə bəyan edilib ki, ABŞ-ın Rusiyaya qarşı istənilən düşmənçilik hərəkəti adekvat cavab alacaq.

Qeyd edək ki, fevralın sonunda Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin 12 əməkdaşı və BMT Katibliyinin bir əməkdaşı ABŞ-dan qovulub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş