Rus hərbçilərdən Xerson əhalisinə işgəncə: sahibkarları oğurlayırlar

Dünya

22.04.2022 - 17:44

Həkimlər Klinikalar SEO Xidməti

İşğalçılar yerli əhalini Rusiyaya işləməyə və taladıqları qənimətləri Krıma aparmağa məcbur edirlər

Ukraynanın böyük hissəsi Rusiyanın işğalı altında olan Xerson vilayətinin sakinləri rus hərbçilər tərəfindən işgəncələrə məruz qoyulur. AYNA xəbər verir ki, bu barədə UNİAN-da məqalə dərc edilib. 

Bildirilir ki, Xerson vilayətinin şəhər və kəndləri Rusiyanın təcavüzkar irimiqyaslı müharibəyə başlamasının ilk günlərindən rus qoşunlarının nəzarəti altında yaşayır. Ruslar Ukrayna lehinə keçirilən mitinqlərin iştirakçılarına atəş açır, vilayətdə Rusiya rublu tətbiq etməyə və bütün ictimai fəalların zərərsizləşdirilməsini, maksimum "təmizlənməsini" təşkil etməyə çalışırlar.

Üstəlik, rus hərbçiləri yerli sahibkarları oğurlayır və işgəncələr verməklə onları işğalçı Rusiyaya işləməyə məcbur edirlər. Bu barədə "KrımSOS" idarə heyətinin sədri Denis Savçenko bildirib. Onun sözlərinə görə, işğalçılar əllərində silah-sursatla yük və sərnişin maşınlarını əhalinin və sahibkarların əlindən alırlar: "Loqistika şirkətlərinin rəhbərlərinin və sahiblərinin yanına gəlib onları əmrləri yerinə yetirməyə məcbur edirlər".

“İnsanlar müvəqqəti işğal olunmuş Krıma və Rusiya Federasiyasına xidmət göstərmək üçün mövcud nəqliyyat və personaldan istifadə etməyə məcburdurlar. Yəqin ki, yerli və oğurlanmış mallar Rusiyaya bu yolla aparılır. Eləcə də Xersona Rusiya istehsalı olan ərzaq məhsulları gətirilir ki, bu, yerli mallarla müqayisədə xeyli baha və keyfiyyətsizdir", - deyə Savçenko vurğulayıb. 

Onun sözlərinə görə, Krımdakı işğalçı strukturların nümayəndələri yerli sahibkarların yanına gəlir və onlara təzyiq göstərirlər ki, Xersonla ticarət əlaqələri qursunlar: "Sahibkarlar bundan imtina etsələr, onları fiziki zorakılıq və bizneslə bağlı problemlərlə qorxudurlar".

Qeyd olunur ki, Xerson vilayəti martın 2-dən Rusiya qoşunlarının nəzarətindədir. Cənub bölgəsinin işğalının ilk günlərində işğalçılar çoxlu sayda ərzaq şəbəkəsini və aptekləri talayıblar. Talanan Ukrayna malları işğal olunmuş Krım ərazisinə və Rusiya Federasiyasına aparılıb. İndi Xerson vilayətinin işğal olunmuş hissəsinin sakinləri Krımdan gətirilən Rusiya mallarını almağa məcburdurlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş