Konstitusiya Məhkəməsi seçkilərin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib
Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv etmək qərarına gəlib. Bu o deməkdir ki, bütün seçki prosesi yenidən başlayacaq.
AYNA “Digi24.ro”ya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin üzvləri seçkilərin nəticələrinin ləğvi ilə bağlı çoxsaylı müraciətlər səbəbindən keçirilən fövqəladə iclasdan sonra bu qərarı verib.
Müraciətlərin müəllifləri ölkənin Ali Müdafiə Şurasının məxfilikdən çıxarılmış sənədlərinə istinad ediblər ki, bu sənədlərə əsasən, ifrat sağçı namizəd Kalin Georgeskunun kampaniyası ölkədən kənarda təşkil edilmiş manipulyasiyanın nəticəsi olub.