Rumıniyada güclü zəlzələ olub

Dünya

06.06.2023 - 23:20

Zələzələ ocağı yerin 15 kilometr dərinliyində yerləşib

Rumıniyada 5 bal gücündə zəlzələ qeydə alınıb. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 169 min nəfərin yaşadığı Arad şəhərindən 12 kilometr cənub-şərqdə yerləşib.

Zələzələ ocağı yerin 15 kilometr dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ayna.az