Rumıniya Moldovadakı yeganə limanı almaq istəyir

Dünya

28.08.2024 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

Limanın satışı ilə bağlı Türkiyə, Hollandiya və Danimarka ilə də danışıqlar aparılır

Rumıniya Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Moldovanın yeganə limanı Qiurqiulestinin alınmasını müzakirə edəcək. AYNA xəbər verir ki, bu barədə “Newsmaker” məlumat yayıb.

Söhbət limanın beynəlxalq hissəsinin alınmasından gedir.

“Qurqiulestidə iki liman infrastrukturunun olduğunu aydınlaşdırmaq vacibdir. AYİB-ə məxsus Beynəlxalq Azad Liman və dövlətə məxsus olan Dövlət Limanı”, - Moldova hökumətinin mətbuat katibi Daniel Voda izah edib.

Rumıniya limanın beynəlxalq hissəsini almaq niyyətindədir. AYİB həmçinin limanın satışı ilə bağlı Türkiyə, Hollandiya və Danimarka ilə danışıqlar aparır.

Qiurqiulesti Moldovada Qara dənizə çıxışı olan yeganə limandır. 2006-cı ildə Ukrayna onu Kişinyova köçürüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş