Rubiodan NATO-ya XƏBƏRDARLIQ

Dünya

31.03.2026 - 13:52

“Müharibə bitsin, NATO ilə münasibətə yenidən baxacağıq”

ABŞ dövlət katibi Rubio ABŞ-ın NATO-da iştirakını “xeyirsiz razılaşma” adlandırıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ko, dövlət katibi  İrandakı müharibəsini bitirdikdən sonra Vaşinqtonun Alyansla münasibətlərini mütləq yenidən qiymətləndirəcəyini deyib.

“Prezident və ölkəmiz bu əməliyyat başa çatdıqdan sonra bütün bunları yenidən qiymətləndirmək məcburiyyətində qalacaq. Əgər NATO sadəcə hücum halında Avropanı müdafiə etməyimizlə bağlıdırsa və lazım olduqda bizə qoşun yerləşdirmək hüququnu vermirsə, bu, çox da yaxşı bir razılaşma deyil. Bu cür şəraitdə Alyansın üzvü qalmaq çətindir”, – deyə Rubio vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş