Rubio və Fidan Qəzzadakı vəziyyəti müzakirə ediblər

Dünya

11.11.2025 - 20:09

Görüşdə ABŞ-ın vitse-prezidenti J.D. Vens də iştirak edib

ABŞ dövlət katibi Marko Rubio Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb. AYNA.AZ xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında bildirilib.

Məlumata görə, görüşdə ABŞ-ın vitse-prezidenti J.D. Vens də iştirak edib.

"ABŞ və Türkiyə nümayəndə heyətləri İsrail girovlarının qaytarılması və Qəzza zolağında davamlı atəşkəsə nail olmaq səylərinə davamlı dəstəklərini bir daha təsdiqləyiblər. ABŞ həmçinin Prezident Donald Trampın bütün NATO müttəfiqlərinə Ukraynada davam edən müharibəyə son qoymaq üçün Rusiya enerjisini almağı dayandırmaq çağırışını təkrarlayıb", - deyə açıqlamada bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş