“Lakin Vaşinqton Kiyevə əhəmiyyətli kömək göstərib”
“Ukraynadakı münaqişə ABŞ-ın müharibəsi deyil. Lakin Vaşinqton Kiyevə əhəmiyyətli kömək göstərib”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Marko Rubio deyib. Onun fikirləri ABŞ Dövlət Departamentinin “X” sosial media səhifəsində paylaşılıb.
Rubio xatırladıb ki, ABŞ-dan müharibələrdə tez-tez kömək istənilir və Vaşinqton həmişə bunu edir: “Lakin ABŞ oxşar sorğusuna NATO müttəfiqlərindən müsbət cavab almayıb”.
"Bir neçə lider İrandakı müharibənin Avropanın müharibəsi olmadığını deyib. Ukraynadakı da bizim müharibəmiz deyil. Amma buna baxmayaraq, biz bu mübarizəyə hər kəsdən daha çox töhfə vermişik", - Rubio deyib.