“Vaşinqton Ukraynaya pulsuz hərbi yardım göstərməkdən imtina edib”
ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın Ukraynaya pulsuz silah tədarükünü dayandırdığını bildirib. AYNA.AZ xəbər verir ki, dövlət katibi bu barədə “Fox News”a müsahibəsində bildirib.
"Biz artıq Ukraynaya silah vermirik. Artıq Ukraynaya pul vermirik. İndi biz onlara silah satırıq və Avropa ölkələri onun pulunu NATO vasitəsilə ödəyir", - Rubio vurğulayıb.