Roma Papası: “Ukraynadakı münaqişə dünya müharibəsidir”

Dünya

18.12.2022 - 15:50

Həkimlər Klinikalar SEO Xidməti

“Bacardığımı edirəm, amma onlar qulaq asmırlar”

“Ukraynadakı münaqişənin qısa müddətdə bitəcəyini zənn etmirəm. Çünki bu, dünya müharibəsidir”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Roma Papası Fransisk deyib.

“Bunu unutmayaq. Artıq müharibədə iştirak edən bir neçə “əl” var. Bu, qlobal xarakter daşıyır. Mənə elə gəlir ki, burada çoxlu maraqlar mövcuddur”, - deyə Papa vurğulayıb.

Papa xatırladıb ki, müharibənin dayanması ilə bağlı çağırışlar edir: “Bacardığımı edirəm, amma onlar qulaq asmırlar. Ukraynada baş verənlər dəhşətlidir, böyük qəddarlıq var. Mən bunu hər zaman qınayıram”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş