“Denis Şmıqalla sərhəddə görüşmək istədim, onlar Ujqorodu seçdilər”
Slovakiyanın Baş naziri Robert Fiko səfəri üçün Kiyev əvəzinə Ujqorodun seçilməsini bu şəhərin ölkəsinə yaxın olması ilə izah edib. AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, Baş nazir jurnalistlərin “raketlərin düşdüyü Ukraynanın paytaxtına niyə getməməsi” sualına təəccüblənib.
“Kiyevdə olmusunuz? Xahiş edirəm belə bir görüntü yaratmayın. Yerli münaqişə var. Mənim mövqeyim belədir: Ukraynanın Baş naziri Denis Şmıqalla sərhəddə görüşmək istədim, onlar Ujqorodu seçdilər”, - deyə siyasətçi bildirib.
Slovakiyanın Baş naziri əlavə edib ki, bu vəziyyətdə Kiyevə getmək mənasızdır: “Sizin “hazırda orada müharibə gedir” sözlərinizə təəccübləndim. Ukrayna paytaxtında həyat tamamilə normal davam edir”.
Qeyd edək ki, bu gün Fiko Ukraynaya səfər edəcək. Onun ukraynalı həmkarı ilə danışıqları olacaq.