Rəsmi Tehran: “İranla ABŞ arasında heç bir danışıq aparılmır”

Dünya

23.03.2026 - 22:28

“Region ölkələrinin gərginliyin azaldılması ilə bağlı təşəbbüslərinə cavab olaraq İranın mövqeyi dəyişməz qalır”

“Tehran ilə Vaşinqton arasında heç bir danışıq aparılmır”. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu, İran Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Qeyd olunub ki, ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən fikirlər enerji qiymətlərini azaltmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq cəhdləri çərçivəsində qiymətləndirilir.

“Tehran ilə Vaşinqton arasında hər hansı danışıqlar aparılmır və region ölkələrinin gərginliyin azaldılması ilə bağlı təşəbbüslərinə cavab olaraq İranın mövqeyi dəyişməz qalır. İran müharibəni başlayan tərəf deyil”, vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş