Rəsmi Moskvadan Avropa Şurası ilə bağlı qərar

Dünya

15.08.2024 - 12:28

Həkimlər Klinikalar SEO Xidməti

Rusiya Avropa Şurasının Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasında iştirakını rəsmən dayandırıb

Rusiya avqustun 1-də Avropa Şurasının (AŞ) Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasında iştirakını rəsmən dayandırıb. AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi hüquqi aktlar portalında avqustun 14-də yerləşdirilmiş sənədində deyilir.

Rusiya Prezidenti Vladimir Putin AŞ konvensiyasının denonsasiyası haqqında qanun layihəsini 2023-cü il sentyabrın sonunda Dövlət Dumasına təqdim edib. Oktyabrda sənəd Rusiya parlamenti tərəfindən qəbul edilib və dövlət başçısı tərəfindən imzalanıb.

Qanun layihəsinə verilən izahat qeydində göstərilib ki, Avropa Şurası Nazirlər Komitəsi 2022-ci ilin sentyabrında iştirakçı ölkələrin konvensiya üzrə öhdəliklərinin yerinə yetirilməsinə nəzarət etmək üçün yaradılmış komitədə rusiyalı ekspertin səlahiyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Rusiya Federasiyası da qərarların hazırlanmasında iştirak etmək və milli azlıqların, ilk növbədə xaricdə rusdilli əhalinin hüquqlarının pozulması hallarına nəzarət etmək imkanını itirib. Bundan əlavə, sənəddə qeyd olunub ki, konvensiyadan çıxmaq Rusiya Federasiyasına Avropa Şurasının monitorinqi çərçivəsində “ayrı-seçkilik münasibətlərindən çəkinməyə” imkan verəcək.

Rusiya 1996-cı ilin fevralında Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasını imzalayıb. Sənəd xüsusilə milli azlıqların öz iradəsi əleyhinə assimilyasiyasını, ayrı-seçkiliyini qadağan edir, həmçinin milli azlıqların öz dillərindən sərbəst istifadə etmək hüququnu təmin edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş