Rəsmi Moskva Aİ-ni beynəlxalq terrorizmi dəstəkləməkdə ittiham edib

Dünya

02.11.2025 - 09:41

Mariya Zaxarova: “Bu, beynəlxalq terrorizmə özəl deyil, dövlət dəstəyidir"

“Kiyev rejimini maliyyələşdirməyə davam etməklə, Avropa İttifaqı beynəlxalq terrorizmə dövlət dəstəyi göstərir”. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova deyib.

Diplomatın sözlərinə görə, Aİ ölkələri yalnız Ukraynaya yardım üçün maksimum məbləğdə pul yatırmağa diqqət yetirirlər.

"Bu, öz dilləri ilə desək, terrorizmə dəstəkdir. Beynəlxalq terrorizmə özəl deyil, dövlət dəstəyidir", - deyə Zaxarova qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş