Leyla Abdullayeva: “Bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 9-cu bəndi ilə bağlı şərhinə münasibət bildirib. AYNA-nın xəbərinə görə, bu barədə XİN Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva açıqlama verib.
“Ermənistan Xarici İşlər Nazirliyinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bəndlərini şərh etməklə məşğul olmaqdansa, səylərini bu bəyanatın icrası ilə bağlı konkret addımların atılmasına yönəltməsi daha faydalı olardı. Hazırda sözdə boş bəyanatların verilməsi deyil, əməldə dövlətlərimizə və ümumilikdə bölgəyə sülh, əminamanlıq, inkişaf və tərəqqinin gətirilməsi vaxtıdır”, - deyə Abdullayeva vurğulayıb.