XİN rəsmisi Kəlbəcərdə atəşkəsin pozulmasına münasibət bildirib
"Azərbaycan-Ermənistan sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır". AYNA xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva "Twitter"də bildirib.
"Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər hissəsində Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub. 2 Azərbaycan hərbçisi yaralanıb. İki dövlətin dövlət sərhədi boyu gərginliyin artmasına görə bütün məsuliyyəti Ermənistan daşıyır!", -deyə XİN rəsmisi vurğulayıb.