Rəsmi Bakı: Azərbaycan İran və İsrail arasında artan gərginlikdən narahatdır

Xəbərlər

14.04.2024 - 16:13

“Bütün tərəfləri təmkinli olmağa və vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”

Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərindən narahatdır. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X soYNial şəbəkəsində paylaşımında bildirib.

“Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə biləcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq”, - deyə paylaşımda vurğulanıb.

Müəllif: Ayna.az