"Bu ciddi səhv adada militarizasiyaya səbəb olacaq və regionda onsuz da kövrək olan tarazlığı pozacaq"
Rəsmi Ankara ABŞ-ın Cənubi Kipr Rum Administrasiyasına tətbiq etdiyi silah embarqosunu daha bir il müddətinə ləğv etməsini pisləyir. AYNA xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.
Nazirlik Ağ Evin bu addımını “ciddi səhv” adlandırıb.
Bəyanatda Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) XİN-in məsələ ilə bağlı mövqeyinə dəstək ifadə olunub.
"Bu ciddi səhv adada militarizasiyaya səbəb olacaq və regionda onsuz da kövrək olan tarazlığı pozacaq", - Türkiyə XİN xəbərdarlıq edib.
“Kipr Rum administrasiyasının silahlanma sahəsində artan fəaliyyətini nəzərə alaraq, Şimali Kipr Türk Cümhuriyyətinin müdafiə və çəkindirmə potensialını artırmaq üçün bütün lazımi tədbirləri görəcəyinə inanırıq”, - bəyanatda qeyd olunub.
Qeyd edək ki, ABŞ hakimiyyəti Yunan Kiprinə qarşı silah embarqosunun ləğvini bir il müddətinə uzatmaq qərarına gəlib.