Rəşad Dağlı ilə Pərviz Bülbülə də cərimələnib

Xəbərlər

30.08.2020 - 20:17

cedabet dərman SEO Xidməti

Meyxanaçılar karantini pozub, dəfn mərasimində iştirak ediblər

 

Avqustun 29-da Binəqədi rayonu Biləcəri qəsəbəsində vəfat etmiş meyxanaçı Vüqar Paşayevin (Vüqar Biləcəri) dəfn mərasimində ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının və sanitar-epidemioloji şərtlərin kütləvi surətdə pozulması halı qeydə alınıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə sosial şəbəkələrdə və KİV-lərdə həmin mərasimdən yayımlanan görüntülərdə daha iki nəfər - Pərviz Məmmədov (Pərviz Bülbülə) və Rəşad Əmirov (Rəşad Dağlı) müəyyən ediliblər. Rayon Polis İdarəsinə dəvət olunan həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokollar tərtib edilərək 200 manat məbləğində cərimə olunublar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş