""Referendum" nəyisə dəyişməyəcək"

Dünya

30.09.2022 - 21:47

Lyayen zəbt edilən ərazilərin Ukrayna torpaqları olduğunu vurğulayıb

“Rusiya Prezidenti Vladimir Putinin elan etdiyi qeyri-qanuni ilhaq nəyisə dəyişməyəcək”.

AYNA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tviterdə yazıb.

O bildirib ki, Rusiyanın zəbt etdiyi bütün ərazilər Ukrayna torpaqlarıdır.

“Bu, həmişə belə olacaq”, - Ursula fon der Lyayen vurğulayıb.

Müəllif: Ayna.az