Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Cəmiyyət

06.09.2020 - 23:35

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda ümumilikdə 2 076 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

 

AYNA xəbər verir ki, hazırda xəstələrin 130-u reanimasiyadadır.

 

Məlumata görə, 11 xəstə isə süni tənəffüs cihazına qoşulub. Hazırda ümumilikdə 2 076 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, ötən müddət ərzində isə ümumilikdə 963 104 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş