Ölkədə aktiv xəstə sayı 2 mini keçib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 29-na olan statistik göstəriciləri açıqlayıb.
AYNA xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 069 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 140 nəfər reanimasiyada, 16 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 36 174 nəfər virusa yoluxub, 33 576 nəfər sağalıb.
Bu gün 6 384 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 910 890 test aparılıb.
Qeyd edək ki, bu gün 188 koronavirusa yoluxma faktı qeydə alınıb, 115 nəfər sağalıb, 2 nəfər ölüb.