Reanimasiyada olan koronavirus xəstələrinin sayı açıqlanıb

Cəmiyyət

01.08.2020 - 21:56

Həkimlər Klinikalar SEO Xidməti

İndiyədək ölkədə 32 157 nəfər koronavirusa yoluxub

 

Azərbaycanda xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən koronavirus xəstələrinin sayı 267 nəfərdir.  AYNA-nın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

 

Məlumata görə, hazırda ölkədə süni tənəffüs cihazında olan xəstələrin sayı 64 nəfərdir.

 

Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 279 yeni yoluxma faktı qeydə alınıb, 592 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 32 157 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 26 474 nəfər müalicə olunaraq sağalıb, 454 nəfər vəfat edib, 5 229 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 283, ötən müddət ərzində isə ümumilikdə 723 236 test aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş