Ramin Bayramlı vəzifəsindən azad edilib

Xəbərlər

13.09.2021 - 12:17

Həkimlər Klinikalar SEO Xidməti

Zaur Əliyev onun işdən azad edilməsi ilə bağlı ərizəsini təsdiq edib

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. AYNA xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev onun işdən azad edilməsi ilə bağlı ərizəsini təsdiq edib.

Qeyd edək ki, ötən gün TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı özünün sosial hesabında işdən azad olunması üçün ərizə verdiyi barədə paylaşım etmişdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş