Qusarda ikimərtəbəli ev yanıb

Hadisə

12.03.2025 - 14:59

Həkimlər Klinikalar SEO Xidməti

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

Qusarda evdə yanğın baş verib. AYNA.AZ xəbər verir ki, rayonunun Quxuroba kəndində ümumi sahəsi 300 kvadratmetr olan ikimərtəbəli 8 otaqlı ev tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Kənd sakini Zahid Abdiyevə məxsus evdə gecə saat 3 radələrində baş verən yanğın zamanı xəsarət alan olmayıb. Evin sakinləri bir müddət əvvəl yeni tikilən evə köçdüklərindən yanğın zamanı içəridə heç kim olmayıb. İlkin ehtimala görə, qısaqapanma səbəbindən yaranan yanğın zamanı evdəki bütün məişət avadanlıqları və əşyalar yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş