Qusara avtomat satmağa gələn şəxs yaxalanıb

Xəbərlər

15.02.2024 - 09:43

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb

Qusara avtomat satmağa gələn Bakı sakini yaxalanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Rahib Nuriyev saxlanılıb.

Həmin şəxsin üzərindən Qusar rayonuna satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 30 ədəd güllə aşkar edilərək götürülüb.

Faktla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə Rahib Nuriyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş