Qurbanov: ““Benfika”ya qarşı oyuna istədiyimiz kimi hazırlaşa bilmədik”

İdman

16.09.2025 - 14:49

“İnanıram ki, futbolçular çəkinmədən mübarizə aparacaqlar”

“Portuqaliyada olmaq və gözəl stadionda oynamaq möhtəşəm hissdir”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində “Benfika”ya qarşı keçirəcəkləri ilk tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

O matça tam istədikləri kimi hazırlaşmadıqlarını bildirib: “Bəzi səbəblərə görə, istədiyimiz kimi hazırlaşa bilmədik. Amma yaxşı təcrübəmiz var. İnanıram ki, futbolçular çəkinmədən mübarizə aparacaqlar.

Qeyd edək ki, bu gün keçiriləcək “Benfika” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş