Türkiyədə məşhur şəxs koronavirusa yoluxub

İdman

29.03.2020 - 01:02

“Həyat yoldaşımı COVID-19-a yoluxduğu üçün xəstəxanaya aparmışıq”

 

Türkiyə futbolunun əfsanəvi qapıçısı Rüştü Rəçbər koronavirusa yoluxub. AYNA xəbər verir ki, bu barədə futbolçunun həyat yoldaşı İşıl Rəçbər sosial şəbəkə hesabında məlumat verib.

 

"Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, həyat yoldaşım Rüştünü COVID-19-a yoluxduğu üçün xəstəxanaya aparmışıq. Allah mənim dəyərli həyat yoldaşımla bərabər bütün xəstələrə tezlikkə şəfa versin. Tək istəyim odur ki, insanlar belə məqamda vicdanlı olsun və biri-birlərinə hörmət etsinlər. Dualarınızı əsirgəməyin", - deyə futbolçunun həyat yoldaşı bildirib.

Müəllif: Ayna.az