İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək
İyunun 16-17-də Azərbaycanda Qurban bayramı qeyd ediləcək.
AYNA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsindən APA-ya bildirilib ki, hər il olduğu kimi, məscidlərdə Qurban bayramının namazı qılınacaq: “Bəzi məscidlərdə bayram namazı saat 08:00, bəzilərində isə 09:00-da qılınacaq. Ola bilər ki, məscid imamları öz gələn camaatına uyğun vaxt təyin edə bilərlər, məsələn, rayon yerlərində daha tez, şəhər yerlərində bir az gec ola bilər".