16 kalibrli ov tüfəngi və ümumilikdə 120 ədəd müxtəlif çaplı patronlar tapılaraq götürülüb
Qubada tüfəng və müxtəlif çaplı patronlar aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan AYNA-ya verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində 16 kalibrli ov tüfəngi və ümumilikdə 120 ədəd müxtəlif çaplı patronlar tapılaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.